Meditasiya vasitəsilə Allaha dua etmək olarmı?

    31.08.2020
Kimdən: 
Bir muselman.
Sual: 
Salam aleykum. Sizden soruşmaq isteyirem ki, videolar şeklinde olan meditasiyalari dinlemek, onlarin effektine etimad göstermek düzgündür? Yoxsa bu günaha aparan birseydir? Qeyd edim ki, meditasiyalarda istenilen, meselen, bolluq, bereket, saglamliq, xosbextlik ve s. yalniz ALLAHdan istenilir. Sadece insani sakitlesdiren nefes herwketlerinden sonra dilekler istenilir. Yeni bu haqda melumat vermeyinizi xahiş edirem sizden. Evvelceden çox sag olun. ALLAH hamimizdan razi olsun, amin.
Cavab: 

Və aleykum Salam. Meditasiya – latınca "meditatio" sözündən götürülüb mənası "düşünmək", "ayırd etmək" deməkdir. Meditasiya -insanın müəyyən vaxtlarda xüsusi hərəkətlər və tənəffüs formaları etməklə zehninin bir fikrə cəmləyib düşüncəsinin başqa aləmə yönəltməsidir. Meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmə əsaslanır. Müsəlmanlarda isə sufilər buna oxşar əməllər etməklə bu hərəkətlərlə ibadət etdiklərini sanırlar. Əslində isə bu əməllər batil və İslama zidd əməllərdir. Bu səbəbdən bu hərəkətləri etməklə Allaha dua etmək düzgün deyil. Çünki bu əməlləri etmək özünü kafirlərə bənzətməkdir. Həmçinin dua ən əzəmətli ibadətdir və digər ibadətlər kimi duanın da qəbul olması üçün iki şərt olmalıdır:
1) Dua xalis Allaha edilməli;
2) Dua Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə öyrətdiyi kimi edilməlidir.
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) çoxsaylı hədislərdə ümmətinə Allaha necə dua etməyi, duanın qəbul olunma vaxtlarını və yerlərini bildirmişdir. Uca Allah buyurur: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzab, 21). Həmçinin oxuyun: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: