"İnsan yarananda hansı dində olur" sualına dəlil istəyirəm

    14.04.2014
Kimdən: 
Allah bəndəsi
Sual: 
İnsan yarananda hansı dində olur? Tarix: 09-04-2014 Sual: Salam aleykum. İnsan yarananda hansi dinde olur? Bashqa dinden olanlar yaxshi emeller ishleseler, ancaq ibadet ehli olmasalar, cennete gire bilerlermi? Cavab: Aleykum salam. İnsan doğulanda onun fitrəti (təbiəti, yaradılışı) islam dini üzərində olur. Sonradan valideyinləri onu ya xristian, yəhudi, ya da atəşpərəst edirlər. Ardını oxu
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Sən hənif (tək Allaha ibadət edən) olaraq üzünü dinə tərəf çevir! Allahın insanları yaratdığı fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir". (ər-Rum, 30).  
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir insan islam üzrə doğulur, lakin sonradan valideyinləri onu ya nəsrani, yəhudi və ya məcusi (atəşpərəst) edirlər". (əl-Buxari, 3/219, №: 1358; Muslim, 4/2047, №: 2658). Bu dəlillərdən aydın olur ki, hər bir insan İslam fitrəti üzərində doğulur. Bu o deməkdir ki, insan doğulanda onun təbiəti, ağlı İslam dinini qəbul etməyə hazır olur. Lakin onun yaşadığı cəmiyyət onu başqa batil dinə yönəltdikdə həmin insan öz fitrətindən (yaradılışından) uzaqlaşmış olur. Ona görə də Qurani Kərimdə Uca Allah insana onun bu yaradılışını daima xatırladaraq onun İslam dini üzərində, yəni tək Allaha ibadət dini üzərində yaratdığını vurğulayır. Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində bu cür dəlillər olduqca çoxdur. Daha ətraflı məlumat almaq istəyən həmin mənbələrə müraciət edə bilər.   

Paylaş: