İki gün oruc tutmuşam, qəbul olunurmu?

    10.09.2020
Kimdən: 
ülkər
Sual: 
Mən iki gün oruc tutmuşam qəbul olunur yoxsa yox
Cavab: 
Salam aleykum. Hər hansı bir ibadətin Allah qatında qəbul olunması üçün iki şərt olmalıdır. Birincisi, əməli yalnız Allah xatirinə yerinə yetirilməlidir. Riya (özünü başqalarına göstərmək) və ya dünya mənfəəti əldə etmək üçün edilən əməl qəbul olunmur. İkincisi, əməli Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğuna müvafiq olaraq yerinə yetirilməlidir. Uca Allah şəriətə müvafiq olmayan əməlləri qəbul etmir. 
Ümumiyyətlə əməllərin qəbul olunub-olunmaması qeybi məsələdir (yalnız Allah bilir), lakin yuxarıda qeyd etdiyimiz şərtlər tamamlanmışsa, o zaman əməllərinizin qəbul olunmasına ümid edə bilərsiniz. Uca Allah hətta çox kiçik olsa belə heç bir yaxşı əməli itirmir. Uca Allah buyurur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 7-8). Həmçinin qeyd edək ki, söhbət Ramazan orucundan gedirsə, üzrlü səbəb olmadan Ramazan ayını tam oruc tutmayan şəxs oruc tutmadığı günlərə görə böyük günah qazanır, ona görə də Ramazan ayını əvvəldən axıra qədər oruc tutmaq lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: