Oruc tutmaq üçün qüsl alıb çıxdıqdan sonra su içmək olarmı?
Sual:
Salam əleykum.Oruc tutmaq üçün qüsl alıb çıxdıqdan sonra su içmək olarmı?
Cavab:
Aleykum salam. Oruc tutmaq üçün xüsusi olaraq qüsl almaq şərt deyil. Əgər sübh çağı dan yeri sökülməmişsə (Sübh namazının vaxtı girməyibsə), yeyib-içmək olar. Uca Allah buyurur: "Ağ sap qara sapdan seçilənə qədər (dan yeri sökülənə qədər) yeyin için". (əl-Bəqərə, 187). Həmçinin oxuyun:
Peyğəmbərin orucu
Sübh vaxtı "ağ sap qara sap" məsələsi - əl-Bəqərə surəsi 187 - ci ayə (ayənin ikinci hissəsi)