Ramazanda oruc tutmadığım günlərə görə günah qazanırammı?
Və aleykum salam. Uca Allah Ramazan orucunu vacib buyurmuşdur. Allahın vacib buyurduğu əməlləri etməyə görə böyük savab, onları tərk etməyə görə isə böyük günah yazılır. Yalnız üzürlü səbəb olduqda orucu tutmamaq olar. Üzürlü səbəblər isə xəstəlik, səfərə çıxmaq, qadınlarda heyz və nifas olmaqdır. Həmçinin yaşlı insanlar, hamilə qadın və süd əmizdirən qadınlar da istisnadır. Üzürlü səbəbdən oruc tutmayan insanlar Ramazan ayından sonra tutmadıqları günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar. Bu səbəbdən, əgər sizin oruc tutmamağınıza əvvəl qeyd etdiyimiz üzürlü səbəblərdən biri olmamışsa, bu halda siz oruc tutmamaqla günah qazanmısınız. Tövbə edərək Allahdan bağışlanma diləyin, bir daha Ramazan orucunu buraxmamağa qəti qərar verin və Ramazandan sonra buraxdığınız günlərin qəza oruclarını tutun. Həmçinin oxuyun: Ramazan orucu