Övladını dünyaya gətirərkən ölən ana Cənnətə düşürmü?

    23.09.2020
Sual: 
Əssalamu aleykum, mən bir hədisdə oxumuşdum ki, əgər bir ana övladını dünyaya gətirərkən dünyasını dəyişsə cənnətlikdi. Bu doğrudurmu? Öncədən Allah razı olsun..
Cavab: 
Və aleykum Salam. Səhih rəvayətlərə əsasən doğuş zamanı vəfat edən müsəlman qadın şəhidlər (cənnətliklər) sırasındadır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Allah yolunda öldürülmək şəhidlikdir, taundan ölmək şəhid­likdir, boğularaq ölmək şəhidlikdir, qarın xəstəliyindən ölmək şəhid­likdir, yanaraq ölmək şəhidlikdir, seldə boğulmaq şəhidlikdir. Doğuş zamanı ölən qadını isə uşağı cifti ilə Cənnətə sürükləyər". (əs-Suyuti "Camius-Sağir", 6177, 8538).
Həmçinin Rabii' əl-Ənsari (Allah ondan razı olsun) belə demişdir: "Qardaşım oğlu Cəbr əl Ənsari (Allah ondan razı olsun) ölümcül xəstə olarkən Allah Elçisi onu ziyarət etdi. Cəbrin ailəsi ona görə ağlayırdılar. Cəbr onlara dedi: "Allah Elçisinə əziyyət verməyin!" Allah Elçisi buyurdu: "Onlarla işin olmasın, nə qədər ki, sağsan, qoy ağlasınlar. Ölüm anı gəldikdə isə sakit olsunlar". Onun ailə üzvlərindən bəziləri dedi: "Biz sənin Allah Elçisi ilə cihadda öldürülməyindən əvvəl yatağında ölmə­yini istəməz­dik". Allah Elçisi buyurdu: "Şəhid­lik yalnız cihadda ölmək deyildir. Belə olsaydı ümmətimin şəhidləri az olardı. Həqiqətən, bədəni (hər hansı bir dəmirlə) deşilərək ölmək və taun­dan ölmək şəhid­likdir, qarın xəstəliyindən ölmək şəhidlikdir, doğuş zama­nı ölmək bütün qa­dınlara şəhidlikdir, yanaraq ölmək şəhidlikdir, boğula­raq ölmək şəhid­lik­dir, dağıntı altında qalaraq ölmək şəhidlikdir, ağ ciyər iltiha­bından ölmək şəhidlikdir". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 4472, 4607). Həmçinin oxuyun: Şəhidliyin növləri
Paylaş: