Həccə getmək vacibdir?

    15.04.2014
Sual: 
Salam aleykum. Mənim sizə sualım budur ki, Kəbəyə hamı getməlidir? Yəni bu lazımdır yəni məcburidir?
Cavab: 

Aleykum salam. Ağlı başında olan və həddi büluğa çatmış hər bir imkanı olan müsəlmana ömründə bir dəfə Kəbəni (Allahın evini) həcc etmək fərzdir (vacibdir). Həcc etmək İslamın beş əsasından biri hesab olunur. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq heç bir tanrının olmadığına və Məhəmmədin Allahın elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq".
Allah Təala buyurur: "Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!" (Ali İmran, 97).
 
 

Paylaş: