İftardan imsaka qədər şəhvətlə boşalma baş versə oruc pozulurmu?

    30.11.2020
Sual: 
İftardan İmsaka geder sperma chixsa orucun pozulacaq
Cavab: 

Salam aleykum. Orucu açıb iftar etdikdən sonra ta ki imsaka (Sübh azanına) qədər orucu zamanı qadağan olunan əməllər icazəli olur. İmsakdan sonra isə orucu pozan əməlləri etmək isə orucu pozur. Əgər iftardan sonra imsaka qədər olan vaxtı nəzərdə tutursunuzsa bu vaxt ərzində istər bilərəkdən, istər qeyri-ixtiyari sperma çıxması növbəti günün orucuna təsir etmir. Əgər imsakdan sonra oruc əsnasında spermanın çıxmasını nəzərdə tutursunuzsa, bu məsələdə təfsilat var:
Əgər sperma qeyri-ixtiyari (yuxuda və s.) çıxıbsa, bu, orucu pozmur. Əgər bilərəkdən (masturbasiya ilə) çıxıbsa bu, orucu pozur. Bu əməl günah olduğu üçün tövbə edib həmin günün orucunu qəza etmək lazımdır. Əgər cinsi əlaqə ilə çıxıbsa, bu zaman tövbə etməklə yanaşı Ramazandan sonra 60 gün ardıcıl oruc tutulmalıdır. Daha ətraflı:
Ramazan orucu
Oruclu olarkən şəhvət hissi ilə boşalmışam, oruc pozulurmu?

Teqlər: 
Paylaş: