İnsan öləndən dərhal sonra Cənnətə və ya Cəhənnəmə düşür?

    16.04.2014
Kimdən: 
elxan
Sual: 
insan olenden derhal sonra cennet ve ya cehenneme dushur? yoxsa qiyamet gunu olmus insanlar dirilenden sora bu mueyyen edilecek? eger olen kimi dusurse o zaman qiyamet gunu oluler dirilenden sora cennet ve cehennem ehlinin taleyi nece olur? yeniden here oz yerine qayidir ya nece bu proses mene maraqlidir
Cavab: 

Aleykuma salam. İnsan ölən kimi cənnətə və ya cəhənnəmə düşmür, insan öləndə qiyamətə qədər bərzəx (ruhlar aləmi) deyilən yerdə həyat sürür. Əgər mömin olubsa, orada nemət içində olur. Yox, əgər kafir olubsa, orada əzab çəkir. Qiyamət günü gəldikdə isə Uca Allah insanları haqq-hesab edir və onları Cənnətə və ya Cəhənnəmə göndərir. Bu haqda daha ətraflı saytdakı "Axirət" adlı menyuya daxil olub oradakı məqalələri oxuya bilərsiniz.  

Teqlər: 
Paylaş: