Allah barədə ağıla gələn pis fikirlərə görə günah yazılırmı?

    17.11.2020
Sual: 
Salam Alekum. Men zikr edende dini movzular haqqinda fikirlewende . Allah haqqinda duwunende menm aglima dine qarwi Allaha qarwi pis pis fikirler gelir bunu hec duwunmek istemìrem. Bu fikrlerin gelmesine gore cox pis oluram. Yeqinki weytanin vesvesesidir. Mene ne meslehet gore bilersiz?8
Cavab: 
Va aleykum Salam. İnsanın beyninə gələn və ya onu əhatə edən pis fikirlər dilə gəlmədikcə buna görə insana günah yazılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir. Əksinə bu fikirlərin gəlməsi sizin doğru yolda olmağınızın əlamətidir. İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlib belə dedi: "Ey Allahın elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahu Əkbər! Şeytanın işini vəsvəsəyə çevirən Allaha həmd olsun!" (İbn Hibban, 147). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: