Günümü necə faydalı keçirə bilərəm?

    16.04.2014
Sual: 
Günümü çox faydalı keçirtmək istəyirəm. Lakin bunu istəsəm də alınmır. Şeytan hər dəfə məni yoldan çıxarmağı bacarır. Evdəki çöldəki cahillər və s. Əslində bunların bəhanə olub olmamasın bilmirəm. Gün ərzində düşünürəmki bu qədər Quran ayəsi əzbərləyəcəm və ya bu dərsləri dinləyəcəm və s. Nə etsəm də dediyimi edə bilmirəm. Günün sonunda isə çox peşman oluram. Günlərin çox surətlə getdiyini hər günümün mənim eleyhimə olduğun hiss edirəm. Bu mənə acı verir. Hərdən elə vəziyyətə gəlirəmki buna dözə bilmirəm peşmançılıq hissi məni məhv edir. Lakin hər gün özmə söz versəm də bunu bacarmıram. Hər gün dərsə gedirəm. Daha çox bu mənə təsir edir. Saat 1ə işləmiş evdən çıxıb 9a işləmiş gəlmək məcburiyyətindəyəm. Bir sözlə özümdən aslı və ya aslı olmayan səbəblərdən mən günümü faydalı keçirdə bilmirəm. Mən nə edə bilərəm? Çünki belə həyatımın getməsin istəmirəm. Dua edirəm çox vaxt xeyirlidisə Allah öldürsün məni. Belə etməyim doğrudusa da bilmirəm.
Cavab: 

Aleykuma salam. Əslində siz Alalh tərəfindən bir növ xeyir içindəsiniz, ona görə ki siz xeyir və şərin nə olduğunu anlayırsınız. Bunu anlamaq isə hər kəsə nəsib olmur. İnsanın vaxtının qədirini bilməsi və onu Allahın rizası üçün sərf etməsi Allaha və Axirət gününə olan imanından irəli gəlir. Hər şeydən əvvəl namazda, xüsusən də gecə namazlarında Allaha belə dua edin: "Allahım! Məni Öz razı qaldığın və sevdiyin əməlləri etməyə müvəffəq et!"
Fərz namazlarını qılmaq üçün məscidə gedin. Vaxtınızın müəyyən boş hissəsini məsciddə keçirmək üçün ayırın. Məsciddə camaatla birgə namaz qılmaq imanı qüvvətləndirir və şeytanı insandan uzaq edir. Keçmişdə yaşayan əməlisaleh insanlar bütün fərz namazlarını məsciddə camaatla birlikdə qılardılar, ona görə də onların imanları qüvvətli olurdu. Həmçinin, Allahı çoxlu zikr edin. Uca Allah qəlblərdə olanları biləndir, O kimin nəyə can atdığını gözəl bilir. Odur ki, ruhdan düşməyin, bilin ki, hər bir sıxıntıdan sonra qurtuluş, hər bir çətinlikdən sonra asanlıq gəlir. Sizə verilən imkan çərçivəsində hərəkət edin. Əgər kamil olanı yerinə yetirə bilmirsinizsə, heç olmasa ona yaxınlaşın. Quranı əzbərləyə bilməsəniz də Quran oxuyun, Quranı dinləyin. Beləcə tədricən istəyinizə müvəffəq olacaqsınız inşəAllah. 

Paylaş: