Qadınların heyz (aybaşı) halı haqqında dinimizdə nə deyilir?
Sual:
Salam size sualım var bilmek isteyirem qadın heyz halında melekler uzaqlaşır ondan yoxsa qoruyur ümumilikde heyz halında ne baş verir dinde
Cavab:
Aleykum salam. İnsanın üzərində gözətçi olan, onu qoruyan mələklər heç bir halda ondan uzaqlaşmırlar. Uca Allah buyurur: "O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir". (əl-Ənam, 61). Bundan əlavə inasanın yanında daim hazır olan və insanın etdikləri əməlləri yazan mələklər var və bu mələklər də insanı heç bir halda tərk etmirlər. Uca Allah buyurur: "(İnsanın) Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın". (Qaf, 18). Həmçinin buyurur: "Həqiqətən, sizin üstünüzdə nəzarətçilər var - çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər". (əl-İnfitar, 10-12).
Heyz - Uca Allahın əzəldən qadınların təbiətinə vacib etdiyi bir haldır. Dinimiz sadəcə qadına heyz halında müəyyən ibadətləri (namaz, oruc, təvaf kimi) qadağan etmişdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, biz həcc ziyarətini yerinə yetirmək məqsədilə yola çıxdıq. (Nəhayət,) gəlib Sərifə (Məkkənin on bir kilometrliyində yerləşən yerdir) çatdıqda mən heyz oldum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) mənim yanıma girib ağladığımı gördü və: "Sənə nə olub? Yoxsa heyz olmusan?" - deyə soruşdu. Mən: "Bəli!"– deyə cavab verdim. O dedi: "Bu, Allahın Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən, hacıların yerinə yetirdiyi (həcc əməllərinin hamısını) yerinə yetir. Yalnız Kəbəni təvaf etməkdən başqa". (Səhih əl-Buxari, 294).
Digər hallarda isə heyzli qadınla heyz olmayan adın arasında heç bir fərq yoxdur. Həmçinin, kişiyə heyzli qadınla yaxınlıq etməyi də haram etmişdir. Uca Allah bu xüsusda buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın". Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).
Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) (etikafda ikən məsciddən başını mənə tərəf çıxardar) və mən heyzli olduğum halda onu yuyardım. Mən heyzli ikən Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) başını qucağıma söykəyər, sonra da Quran oxuyardı". (Səhih Muslim, 447-448, 454, 712-713, 719). Həmçinin, "Səhih" əsərində yenə rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Mən heyzli olduğum halda sümüklü soyutma ətdən dişləyər, sonra da onu Peyğəmbərə (salləllahu aleyhi və səlləm) uzadardım. O da ağzını mənim ağzımın dəydiyi yerə qoyub (ətdən dişləyərdi). Yenə heyzli ikən (bir şey) içər, sonra da (qabı) Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) uzadardım. O da ağzını mənim ağzımın dəydiyi yerə qoyub içərdi". (Əbu Davud, 259; ən-Nəsai, 280, 378). Həmçinin oxuyun:
Mələklər haqqında
Qadın heyz halında nələri edə bilməz?