Allahı çox zikr etmək çətinliklərdən qurtulmağa səbəb ola bilərmi?

    11.10.2020
Sual: 
Salam.men namaz qılıram uşaqlarımda qılır ve Allahı çoxlu zikr elyirik ve bu namaz ve zikrler menim baresinde baxılan mehkeme işlerimde kömey ola bilermi?Allaha dua elesem menim bu işime çıxış yolu tapa bileremmi?Allah sizden razı olsun evvelki sualım cavabları oxuyarken çox agladım siz çox düzgün aydınlıx getrırsiniz.1 sualımda var.uşaqlarım namaz qılır 12,10 yaşlarındadılar ve onlar gunde çoxlu sayda zikir oxuyurlar Allah qebul edermi onun savabı onlara yoxsa anayamı yazr??
Cavab: 

Aleykum salam.
1) Sözsüz ki, çətinliklərdən qurtarmaq üçün dua və zikrlər böyük səbəblərdəndir. Uca Allah buyurur: "Kim Allahdan qor­xarsa, Allah ona hər sıxıntıdan bir çıxış yolu nəsib edər və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha tə­vək­kül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini ye­rinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuş­dur". (ət-Talaq, 2-3).
Həmçinin buyurur: "Kim Allah­dan qorxarsa, Allah onun işini asan­laşdırar". (ət-Talaq, 4). Allahdan qorxmaq isə, Allahın buyurduqları əmrləri yerinə yetirib, qoyduğu qadağalardan çəkinməklə olur. 
Həmçinin namaz qılmaqla Allahdan yardım diləmək də çətinliklərdən qurtulmağın yollarındandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!" (əl-Bəqərə, 153). İbn Kəsir bu ayənin təfsirində deyir: "Bu ayədə Uca Allah bildirir ki, qulun müsibətlərə tab gətirə bilməsi üçün ən yaxşı vasitə səbir və namazla Allahdan yardım diləməkdir. Necə ki, Uca Allah bundan əvvəlki ayədə buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45). Hədisdə deyilir: "Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çətinlik üz verəndə namaz qılardı". (İmam Əhməd, 1161; ən-Nəsai "Sunənul-Kubra", 823, 825). Həmçinin oxuyun:
Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?
Duaların qəbul olması üçün nə edim?

2) Həddi-büluğa çatmayan uşaqlara etdikləri ibadətlərin və saleh əməllərin savabı yazılır. Əgər bu ibadətləri valideynləri öyrətmişsə və bu əməlləri etməkdə valideynləri səbəb olmuşsa, öz savabları azalmadan valideynlərinə də savab yazılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bir xeyir işə səbəb olarsa, ona bu xeyir işi görən qədər savab yazılar". (Səhih Muslim, 1893). Həmçinin oxuyun:
Uşaqların qıldıqları namaz qəbul olunurmu?
Uşaqlara günah yazılmır, bəs savab yazılırmı?

Teqlər: 
Paylaş: