Əvvəlki müqəddəs kitabların təhrif olunmasının hikməti nədir?

    11.10.2020
Kimdən: 
Elcan
Sual: 
Salam Aleykum. Bir xristian qonşum var deyirki deyirsiz Qur'an'dan başqa bütün səmavi kitablar dəyişdirilib deyirəmki bəs Qur'anda belə yazılıbda biz demirik bunu. Oda deyirki bəs hərşeyə qadir hərşeyə malik olan ALLAH bir kitabı qoruyub saxlıya bilmədi? Birdə deyirki hədis niyə olmalıdırki xristianlıqda deyir hədis yoxdu Tanrı istədiyi sözləri bizə göndərdiyi kitabı ilə deyir. ALLAH Razı olsun
Cavab: 
Va aleykum Salam. Uca Allah yalnız Quranı qorumağı Öz üzərinə götürüb, təhrif olunmaqdan qoruyub, ondan əvvəl nazil olmuş kitabları qorumağı isə kitabı nazil etidiy ümmətin elm adamlarına həvalə edilmişdir. Uca Allah buyurur: "Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar hamısı buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun!...." (əl-Maidə, 44).
Quran barədə isə buyurur: "Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9). Bunun isə bir çox hikmətləri var:
1) Uca Allah Qiyamətə qədər son Kitab olaraq məhz Quranın, son şəriət olaraq məhz İslam dinin qalmasını istəmişdir. Uca Allah buyurur: "Biz sənə, özündən əv­vəl­ki kitab­ı təsdiqləyən və onu qoru­yan Kitabı haqq olaraq nazil etdik. Sən on­ların ara­sın­da, Allahın nazil etdiyi ilə hökm ver". (əl-Maidə, 48). 
 
2) Əvvəlki kitabları elm adamlarına və rahiblərə həvayə etməsi onlar üçün bir imtahan idi. Ona iman gətirəcəklərmi, öz vəzifələrini layiqincə yerinə yetirəcəklərmi? Bu kitablarda gəlişi barədə xəbər verilmiş Peyğəmbərə tabe olacaqlarmı, yoxsa inadkarlıq edib orada yazılanları təhrif edəcəklər və ya gizlədəcəklər?
 
3) Bunda həmçinin Qiyamət gününə kimi xristiyan və yəhudi dinlərinin mənsubları üçün də bir imtahan vardır. Belə ki onlar iman gətirdikləri kitablarının təhrif olunduğunu və orada olan ziddiyyətləri açıq-aydın görüb şahidi olurlar. Bu kitablarda Muhəmməd peyğəmbərin gəlişi barədə xəbəri görüb onu təhrif edirlər və gizlədirlər. Uca Allah buyurur: "O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır". (əl-Əraf, 157).
Hədislərə gəlincə, təkcə İslam dinində deyil, xristiyan və yəhudi dinində də hədislər var. Yəhudlilərdə Tövratdan başqa "Təlmud" adlı hədis kitabı var. Həmçinin, xristiyanlarda da İncilin içində İsanın davamçılarının İsa barədə nəql etdikləri hədislər və hekayələr vardır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: