Qayınanam və qayınatamın haqsızlıqlarına görə onlara haqqımı halal etməyə bilərəmmi?

    20.12.2020
Kimdən: 
Anonim
Sual: 
Salam Aleykum menim size bir nece sualim olacaq men aileliyem 1 qizm var ancaq ailə daxili problemlerimz oldu teze evlenende cox uzr isteyirem hamile olarken ayrildiq qaynanam qaynatam yola vermedi sonra yoldasmla barisb baska eve kocduk helede hamile idim cox cetin hamiləlk idi betnmdeki usagn men menim heyatm risk altinda idi men xestexanada nezaret altinda qalirdim qizim 8ayliq doguldu ne xestexanada yatanda ne qizim dunyaya gelende me qaynatam ne qaynanam hecbiri ziyaretime gelmedi ancaq indi qizmicox isteyirler barisdim men ayaqlarina getdm olar boyukdr dedm ancaq qelbm barisa bilmr ele gunum olub hamilelkde evde yemek bele yeye bilmemsem mene olunanlarn haqqi varmi halal etmye bilerem?
Cavab: 
Va aleykum Salam. Sözsüz ki, qayınana və qayınatanız sizinlə belə davranmaqla sizə qarşı haqsızlıq etmişlər və siz öz haqqınızı halal etməməyə bilərsiniz. Lakin Uca Allah bizə bağışlamağı buyurur. Uca Allah buyurur: Uca Allah buyurur: "Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar". (Ali-İmran, 133-134). Həmçinin buyurur: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40-43). 
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Rəhm edənlərə Mərhəmətli Allah rəhm edəcəkdir. Yer üzündəkilərə rəhm edin ki, göydəki Allah da sizə rəhm etsin". (Əbu Davud, 4941). Odur ki, bağışlamağınız sizin üçün daha xeyirlidir. Bilin ki, səhvsiz insan yoxdur. Həmçinin oxuyun:
Qul haqqı barədə
Səbir edənlərə müjdə ver!
Teqlər: 
Paylaş: