Ruhlar haqqında
Sual:
Salam aleykum. Ruhlarin tehlukesizlik kamrelarinda gorunmesi ne derecede dogrudur? Ruhu heqiqeten de gormek olarmi? Qurani-Kerim de ruhlar haqqinda danishilirmi?
Cavab:
Aleykum salam. Video kameraya düşən görüntülər ruhlarla deyil, cinlərlə bağlıdır. Çünki ruh dünyadan köçdükdə bir daha dünyaya qayıtmır. Həmçinin, ruhu bu dünyada görmək qeyri-mümkündür. Bu deyilənləri həm Qurani-Kərimin ayələri, həm də Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədisləri təsdiq edir. Ruh haqqında isə Uca Allah buiyurur: "Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85). Bu ayə dəlalət edir ki, ruh haqqında insana çox az bilik verilmişdir. Həmçinin oxuyun: Ruh haqqında