Quranda şirinlik duası varmı?
Sual:
Salam menim sevdiyim var 7ildi sevirem 10ildide o sevir aramizda elaqe olmamasina baxmayaraq ayrıla unuda bilmirik heç vaxt elaqe olmayib uzaqdan sevmişik ailesi ata ve anasi menimle evlenmesine razı deyil qalan hamı razıdı mene meslehet veriblerki qurandan şirinlik mehribanlıq onların üreyine yol tapmağa göre dua yazdıraq 2insan edib alınıb siz ne meslehet verirsiz zehmet olmasa cavablayasız
Cavab:
Aleykum salam. Nə Quranda, nə də hədislərdə şirinlik duası deyilən bir dua yoxdur. Allahdan sizin üçün gələcək həyatında xeyirli olanları diləyin, xeyirli olmayandan isə Allaha sığının. Ola bilsin sizin həddindən çox istədiyiniz bir şey sizin üçün gələcək həyatda zərərli olsun, əksinə istəmədiyiniz bir işdə xeyir ola bilər. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Həmçinin oxuyun: