Elm almaq vacibdirmi?

    18.01.2021
Sual: 
Elm mütləqdir?
Cavab: 
Salam aleykum. Elm iki növdür: 1) Şəriət elmi; 2) Dünyəvi elm.
Şəriət elminə gəlincə, hər bir müsəlman Uca Allahın ona vacib etdiyi ibadətləri yerinə yetirməcək qədər elm alması vacibdir. Məsələn, Uca Allah hər bir mükəlləf (ağlı başında olan, həddi-büluğa çatmış) müsəlmana namaz qılmağı vacib etmişdir. Demək hər bir müsəlman bu əzəmətli ibadəti yerinə yetirmək üçün lazım olan elmi - namazın qılınma qaydasını, şərtlərini, vaciblərini rüknlərini öyrənmək vacibdir. Həmçinin, kəlmeyi-şəhadətin mənası və tələbləri, oruc, həcc, zəkat və s. bu kimi ibadətləri öyrənmək vacibdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Elm öyrənmək hər bir müsəlmana  vacibdir. Həqiqətən, hər şey - dənizdəki balinalar belə elm tələbəsi üçün bağışlanma diləyirlər". (İbn Abdul-Bərr "Cəmiu Bəyanul-İlm və Fadlihi" 10; İbn Macəh, 223). Bundan artıq elm almaq isə Fardu-Kifəyədir. Yəni, bir qrup insan bu elmlərə yiyələnərsə, digər insanların üzərindən bunun vacibliyi düşər. Uca Allah buyurur: "Möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Hər qə­bilədən bir dəstə qalma­lıdır ki, dini dərindən öy­rən­sinlər və öz camaatı dö­yüş­dən ge­ri qayıtdıq­ları zaman onları xəbərdar et­sin­lər. Bəlkə, onlar pis işlərdən çəki­nə­lər". (ət-Tövbə, 122). Odur ki, elm almağa gücü çatan hər bir kəs imkan daxilində elm almalıdır.
Dünyəvi elmə gəlincə, bu elmləri öyrənmək hər kəsə vacib olmasa da, müsəlmanlara, İslam ümmətinə fayda vermək məqsədilə dünyəvi elmləri öyrənmək yaxşı əməllərdəndir. Həmçinin oxuyun:
Paylaş: