Müxtəlif günlərdə ölən insanların qırx mərasimini eyni günə salmaq olarmı?
Va aleykum Salam. İslam dinində ölən insan üçün "cümə axşamı", "yeddi", "qırx" kimi mərasimlər, habelə "ölüyə Quran oxumaq", "qəbrin üstünə gül qoymaq", "şam yandırmaq" və.s bu kimi əməllər dinə sonradan əlavə olunmuş bidət (yenilik) əməllərdir. Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) zamanında belə şeylər olmamış, o, nə özü bunları etmiş nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır". (Əbu Dəvud, 4067; ən-Nəsai: "Sunən", 3/188). Başqa bir hədisdə isə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (Səhih əl-Buxari, 2697; Səhih Muslim, 1718). Daha ətraflı: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?