Nə üçün Cənnət barədə hədislərdə yalnız kişilər qeyd edilir?
1) Quran və hədislərdə kişilər üçün qeyd olunmuş Cənnət nemətləri qadınlara da aiddir. Rəvayət edilir ki, Ummu Əmmara əl-Ənsariyyə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Mən, hər şeyin yalnız kişilər üçün olduğunu və qadınların heç bir şeylə xatırlanmadığını görürəm!" Odur ki, bu ayə nazil oldu: "Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır". (əl-Əhzab, 35)". (ət-Tirmizi, 3211, 3517; ət-Tabərani "Mu'cəmul-Kəbir", 20576).
2) Quran ayələrinə və səhih hədislərə görə kafirlər (Allahı inkar edənlər), müşriklər (Allaha şərik qoşanlar) və münafiqlərdən (özünü müsəlman kimi göstərib, əslində iman gətirməyənlərdən) başqa Cəhənnəmdə heç bir günahkar bəndə əbədi qalmayacaq. Müsəlmanlardan da günahkar olanlar Cəhənnəmdə cəzalarını çəkdikdən sonra Cənnətə daxil olacaqlar, lakin dünyadakı oda bir neçə saniyə səbir etmək mümkün deyilsə, 70 dəfə güclü olan Cəhənnəm oduna uzun müddət necə səbir etmək olar? Odur ki, "cəhənnəmdə cəzamı çəkib cənnətə girəcəm" fikri ilə günah etmək böyük səhvdir. Uca Allah buyurur: "... Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir. Bununla, olanların bətnlərindəkiləri və dərisi əridiləcəkdir. Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara: "Dadın odun əzabını!"– deyiləcəkdir". (əl-Həcc, 19-22). Daha ətraflı: