Ayın ortadan bölünməsi qiyamətin yaxınlaşmasından xəbər verirmi?

    22.04.2014
Sual: 
Salam aleykum. 15 aprel ay tutulmasi baş verdi ve telvizorlarda muselman ilahiyyatçiar deyibler ki, Ayin ortasIndan parchalanmasini gorubler ve dediylerine gore Qurani Kerimde Ayin ortasindan parchalanmasi Qiyamete isharedir bu duzdurmu? Qurani Kerimde bu barede yazilibmi? Xahiş edirem ki, cavab yazasinzi. Allah komeyiniz olsun!
Cavab: 

Aleykum salam. Bəli, ayın ortadan yarılması qiyamətin yaxınlaşmasından xəbər verir. Amma bu hadisə indi yox, təxminən 1400-1500 il bundan Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) möcüzələrindən biri olub. Bəli, Quranda bu haqda xəbər verilir: "O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı. Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən bir sehrdir!" deyərlər. Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!" (əl-Qamər, 1-3).

Paylaş: