Məni yalandan öz bacısı kimi təqdim edən anamla münasibət saxlamalıyammı?

    23.04.2021
Kimdən: 
Lamiye
Sual: 
Salam men size tazmisdim anam atib gedib subay oglnla qacib..Siz de dediniz ki ananizla elaqe saxlayin danisin..Men anami 2 il once tapdim amma anam bizi oz tanislarina ovladlari kimi yox bacisi kimi teqdim eledi..bize de dedi sorussalar deyin bacisiyam demiyin qiziyam..Oz ozluyumde cox sindim.O gunnen sonra birdaha elaqe saxlamadim axtarmadim..Sizze duz ettim???onun artiq oz ailesi ve 2 qizi var.
Cavab: 
Aleykum salam. Əvvəla bunu qeyd edək ki, şəriətə uyğun hərəkət edərək ananızı tapmağınız və onunla münasibət qurmağınız təqdirəlayiqdir. Bilin ki, buna görə Uca Allah dərgahında böyük savab qazandınız.
Ananızın sizi öz tanışlarına bacısı kimi təqdim etməsi və yalan deməsi düzgün olmasa da, hər bir halda ananızın sizin üzərinizdə valideyn haqqı qalmaqdadır və sizə ağır gəlsə də, Allah üçün üzərinizə düşən övlad haqqını yerinə yetirməyə çalışmalısınız. Həmçinin oxuyun: Allaha asi olan və övladına zülm edən valideynə münasibət necə olmalıdır?
Teqlər: 
Paylaş: