Evlənə bilmədiyim üçün çətinlik çəkirəm, nə edim?

    24.03.2021
Kimdən: 
Bbbbbb
Sual: 
Əssəlamu Aleykum qardaşlar.Mən bir gəncəm 27 Yasin var əlhəmdülilləh evlənə bilmirəm nə qədər sinamişam nəsə hər dəfə problem çixib şək yoxdur ki xəta öz nəfsimdəndi evlənə bilməməyin ucbatindanda daima vəsvəsələr olur Allah qorusun həqiqətən çətindi bir müsəlman üçün bu zamanda evliliyi nə nəsihət edirsiz? Yəni sizdən nəsihət istəyirəm Allah rizasi üçün
Cavab: 
Va aleykum salam. Sizə münasib bir qız tapıb evlənənə qədər özünüzü haramdan qoruyun. Haramdan qorunmağın yollarından biri də oruc tutmaqdır. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (Səhih əl-Buxari, 5066; Səhih Muslim, 1400). Həmçinin, özünüzü göz zinasından (harama baxmaqdan) qoruyun, çünki şəhvət hisslərinin yaranmasının əsas səbəbi göz zinasıdır. Habelə, Allaha çoxlu dua edərək sizə xeyirli həyat yoldaşı yetirməsini diləyin. Daha ətraflı:
Paylaş: