Kiminsə ölüm xəbərini yalandan yaymaq olarmı?

    06.04.2021
Kimdən: 
Lalə
Sual: 
Salam kimisə yalandan öldü deyə məlumat yaymaq günahdırmı?
Cavab: 

Va aleykum Salam. Yalan danışmaq ən böyük günahlardan biridir. Əbu Bəkrə rəvayət edir ki, Peyğəm­bər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - üç dəfə: “Sizə günahların ən böyük­ləri barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli, ya Rə­sulallah!”– deyə cavab verdilər. Peyğəm­bər: “Allaha şə­rik qoşmaq, valideyn­lərin üzünə ağ olmaqdır, – deyib söy­kəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır”– dedi”. (Sünən ət-Tirmizi). Həmçinin bu əməl, barəsində yalan danışdığınız insanın xətrinə dəydiyi üçün, qeybət də sayılır. Qeybət isə başqa bir böyük günahdır. Daha ətraflı: 

Yalan danışmaqdan çəkinin!

Qeybət etmək haqqında

Paylaş: