"Sallallahu aleyhi və səlləm" nə deməkdir?
Sual:
Salam aleykum. Muhemmed peygember ve (sallallahu aleyhi ve sellem) ayri-ayri peygemberdiler, yoxsa (sallallahu aleyhi ve sellem) Mehemmed peygemberin adidir? Xahiş edirem ki, sualIma tez bir zamanda cavab yazasiz. Mene chox maraqlidir. Birde Ayın parchalanma shekli Qiyamete isharedirmi? Bu haqda cavab yazinda... Sag olun!
Cavab:
Aleykum salam.
1) Xeyir, ayrı-ayrı deyildir. Bizim Peyğəmbərimizin adı Muhəmməddir (salləllahu aleyhi və səlləm). Sadəcə olaraq Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm). adı çəkiləndə bu söz deyilir "salləllahu aleyhi və səlləm". Yəni, Allahın ona salamı olsun. Bu söz sadəcə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) adı çəkiləndə deyilir və yazılır.
2) Xeyir qiyamətə işarə deyildir.