Sevmədiyim oğlanla nişanlıyam, sevdiyimə qovuşmaq üçün dua etməyim doğrudurmu?

    21.05.2021
Kimdən: 
Zeyneb
Sual: 
Salam men nisanliyam sevmediyim biriyle nisanlandim aileme gore mecbur ama basqa sevidiyim variydi bir birimizi cox sevirdik indide sevirik belkede gunahdi elaqemiz helede var Allaha dua edrem her gun her gece bizi qovusdursun sizde bu etdiyim dogrudurmu?Allah qqovusdurarmi bizi?.
Cavab: 

Aleykum salam. Qeyd edək ki, naməhrəmlə görüşmək və ya danışmaq günahdır və buna görə tövbə etmək lazımdır. Daha ətraflı: Sevgililərin kəbinsiz görüşməsi günahdırmı?

Nişanlı olduğunuz halda başqasını sevib onunla ünsiyyətdə olmaqla nişanlınıza xəyanət etmiş sayılırsınız və bununla da nişanlınızın haqqına girmiş olursunuz. Sevdiyinizə qovuşmaq üçün dua etməyə gəlincə, siz Allahdan özünüz üçün xeyirli olanı istəyin, çünki sizin kiminlə xoşbəxt olacağınızı Allah daha yaxşı bilir. Uca Allah buyurur: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz" (əl-Bəqərə, 216). 
Teqlər: 
Paylaş: