Ölən şəxs başqa bir ölünun qəbrində basdırılmağını vəsiyyət edə bilərmi?
Sual:
Salam.Bilmek isteyirdim ki,Ölen adamın mezarına hansısa yaxınının vesiyyetile öldükden sonra defn edile biler mi?Ve hemin mezar Şehidin mezarıdırsa,öz yoldaşı vesiyet edib,öldükden sonra hemin şehidin mezarına defn edile biler mi? Ümumiyyetle dinde bele birşey var mı?
Cavab:
Aleykum salam. Uca Allahdan şəhidlərimizə rəhmət, onların ailə üzvlərinə səbir diləyirik. Dinimizə görə vəfat edən insanlar ayrı-ayrı qəbirlərdə dəfn edilməlidir. İnsanın belə bir vəsiyyət etməsi doğru deyil və bu vəsiyyət dinimizə müxalif olduğu üçün əməl edilmir. Uca Allah buyurur: "Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!" (əl-Bəqərə, 182). Ayədə istənilən günah nəzərdə tutulur. Əgər vəsiyyət edənin vəsiyyəti şəriətə müxalifdirsə, bu halda vəsiyyətə əməl edilmir.