Bədii əsərdə şirk olan sözləri səsli demək olarmı?
Sual:
Salam Aleykum. Necəsiniz? Hər hansısa bir bədii əsərdə şirk olan sözləri və ya cümlələri səsli demək şirk sayılırmı? Allah razı olsun!
Cavab:
Va aleykum Salam. Əgər bu sözlər Allaha şərik qoşmağa dəlalət edirsə, belə sözləri işlətməkdən çəkinmək lazımdır. Niyyətdə şirk olmasa da, bu sözləri işlətmək günah sayılır.