Başqasını donuz əti yeməkdən çəkindirmək savabdırmı?

    23.04.2014
Sual: 
Salam aleykum. Bir insanı donuz əti yeməkdən çəkindirmək h'min insana savab qazandırırmı?
Cavab: 

Aleykum salam. Başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104).
"And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr surəsi, 1-3).

 

Paylaş: