Evdə iri ayı oyuncağı saxlamaq olarmı?
Sual:
Salam aleykum. Evde miwka kukla saxlamaq olar? Melekler eve girmez yoxsa?boyuk olcude ayi weklinde oyuncagi nezerde tuturam.
Cavab:
Və aleykum Salam. Evdə siması olan oyuncaqların və ya açıq yerdə heyvan və insan şəkillərinin olması həmin evə rəhmət mələklərinin daxil olmasına maneədir. Oyuncaqların sifət cizgiləri yoxdursa, bu oyuncaqları saxlamaq olar. Əks təqdirdə, sifəti olan oyuncaqları açıqda saxlamaq olmaz. Əgər uşaqlar onları oynadırsa, oynadıb qurtardıqdan sona qapalı, görünməyən yerə qoymaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İçində şəkil olan evə mələklər girməz!" (əl-Buxari, 2105). Həmçinin oxuyun: