Hansı heyvanları öldürmək olar?
Aleykum salam. Ümumiyyətlə bütün zərərverici həşarat və heyvanları öldürmək olar. İlan, əqrəb, quduz itlər, siçovul, milçək, ağcaqanad və s. kimi heyvanları öldürməkdə günah yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Zərərli) ilanları və köpəkləri öldürün. Xüsusən də ilanlardan arxasında iki ağ cizgili cinsi ilə və bir də ən pisi olan quyruqsuz (zınqırovlu) ilanı öldürün, çünki ilanların bu iki növü gözün nurunu aparır və hamilə qadının uşağının düşməsinə səbəbdir". (Səhih əl-Buxari, Səhih Muslim və başqaları).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Bu beş fasiq hətta ihramda olarkən də (həcc və ümrə zamanı) öldürülə bilər -- çalağan, əqrəb, qarğa, siçan (siçovul) və quduz it". (Səhih əl-Buxari, 1829, 3136; Səhih Muslim, 1198).