Bir neçə suala cavab
Aleykum salam. Qiyamət günü Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanlar üçün Allaha şəfaət edərək Ona yalvaracaqdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü mən Rəbbimə dayanmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: "Ey Rəbbim! Məni "lə iləhə illəllah" deyən kimsələrə şəfaətçi et". Allah buyuracaq: "Ey Muhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən "lə iləhə illəllah" deyən kəsləri odun içində buraxmayacağam".
Qiyamət günü 18 yaşdan kiçik olanları Cəhənnəmə göndərilməsi fikri doğru deyildir. Qiyamət günü sizin və ya hər hansı bir insanın hara düşəcəyi Allahdan başqa heç kəsə bəlli deyildir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə öz hədisləri vasitəsilə Cənnətə aparan yolları və Cəhənnəmə aparan yolları bəyan etmişdir. Biz bacardığımız qədər Uca Allahın buyurduqlarına riayət etməli və Onun qadağalarından çəkinməliyik və Uca Allahın rəhmətindən də ümidi üzməməliyik.