"Allah məni fikrimi soruşmadan yaratdığı üçün əməllərimə görə məsuliyyət daşımıram" fikri doğrudurmu?

    07.07.2022
Sual: 
salam aleykum. Bir dostum deyir ki, Allah məni yaratmazdan əvvəl fikrimi soruşmayıb, ona görə də məsuliyyət daşımıram. Namaz, oruc kimi əməllər etmək məcburiyyətində deyiləm...
Cavab: 

Aleykum salam. Allahın insanı yaratmazdan qabaq fikrini soruşması məntiqsizdir, çünki olmayan bir şeyin fikri soruşula bilməz. Fərz edək ki, insan dünyada 30 il yaşadıqdan sonra Allah onun fikrini soruşur, xoşuna gəldisə həyatına davam edib əməllərinə görə məsuliyyət daşıyacağı, xoşuna gəlmirsə həmin anda öləcəyi arasında ona seçim verir. Belə bir halda ağlı başında olan və dünya nemətlərini görmüş hər bir insan yaşamağı seçəcək -- bunun sübutu odur ki, insanlar gündəlik həyatda heç Allah onlardan soruşmasa da, hər vasitə ilə ölümdən qaçırlar. İnsanın ölümdən qaçması bu sualın ona verilməsinə ehtiyac olmadığını göstərir. Ona görə də, bu insanlar Qiyamət günü Allah qarşısında dünya həyatı və nemətlər barəsində sorğu sual olunduqda bu bəhanəni gətirə bilməcəyəklər.

Paylaş: