İman zəiflədikdə onu artırmaq üçün nə etmək lazımdır?

    01.05.2014
Sual: 
Salam aleykum. İmanim chox zeifleyib. İmanimi nece artira bilerem?
Cavab: 

Aleykum salam. İman itaətlə artır və asiliklə azalır. Yəni yaxşı əməllər imanın artmasına səbəbdir. Günahlar isə imanın azalmasına səbəb olur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Paltar köhnəldiyi kimi, iman da köhnələr. Paltarınızı təzələdiyiniz kimi imanınızı da təzələyin". (əl-Hakim, 5).
İmanı artırmaq üçün yaxşı əməllərinizi artırın. Nafilə namazlar qılmaq, Allahı çoxlu zikr etmək, Quran oxumaq, sədəqə vermək, faydalı elm öyrənmək kimi xeyirxah işləri çoxaldın və günahlardan çəkinin.  

Paylaş: