Söyüş söymək və dava salmaq günahdırmı?

    02.05.2014
Kimdən: 
Allah bəndəsi
Sual: 
Salam aleykum. İnsanlar hirslenende dalashir, pis sozler deyir ve yaxud soyush soyur. Bunun axiri ne olur? Bunlar gunahdirmi? Zehmet olmasa cavab yazin.
Cavab: 

Aleykum salam. Söyüş söymək, dava-dalaş salmaq günahdır. Bunun axırı həm bu dünyada, həm də axirətdə pis nəticələnə bilər. Bunların hamısı şeytan əməlindəndir. Görürsən ki, söyüş söyməyə görə insanlar bir-birilərini öldürür. Suleym ibn Cabir əl Huceymi (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldim. O, bir paltarda dizlərini qatlayıb baldır­larını bir-birinə keçirərək oturmuşdu. Paltarın ətəyi onun ayaqlarının üstün­­də idi. Mən dedim: "Ey Allahın Elçisi! Mənə nəsihət et!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Allahdan qorx, yaxşı işləri heç vaxt dəyərsiz hesab etmə, hətta su istəyən kimsənin qabına öz qabından su töksən belə və yaxud gülərüzlü halda qardaşınla söhbət etsən belə. Paltarının ətəyini (topuqdan aşağı) uzatmaqdan çəkin. Çünki bu, təkəbbürlükdəndir və Allah bunu sevmir. Əgər bir adam səndə olan nöqsanı bilib sənə eyib tutarsa, sən onda olan nöqsanı bildiyin halda ona eyib tutma. Burax onu, qoy günahı öz boynuna olsun, savab isə sənə qalsın. Onu söymə!" Mən o vaxtdan bəri nə bir heyvanı, nə də bir insanı söymədim". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 1182). 

 

Paylaş: