Oruc və niyyət haqqında

    03.05.2014
Sual: 
Salam aleykum. Niyyet edib, sonra da etmemek gunahdir? Meselen men qelbimde niyyet etdim ki, sabah oruc tutacam, amma seherisi gun subh azani oxundugu uchun tutmadim. Bu gunahdirmi? Yaxud da sahur etmeden oruc tutmaq olarmi? Men Ramazan ayinda xestelik sebebiyle oruc tutmadim, amma indi tuturam. İnshAllah Allah bagishlayar. Men ele bu gun oruc tutdum. Amma subh azanindan 5 deqiqe kechmishdi, bu gunahdirmi? Orucum batildirmi?
Cavab: 

Aleykum salam. Bəzi insanlar niyyəti nəzir deməklə qarışdırırlar. Bir işə niyyət etmək onu etmək qərarına gəlmək deməkdir. Nəzir demək isə vəd verməkdir. Siz axşamdan oruc tutmağa niyyət edib səhəri oruc tuta bilmədikdə buna görə sizə günah yazılmır. Həmçinin, səhər oyandıqda artıq sübh namazının azanı verilibsə, səhur etmədən oruc tuta bilərsiniz. Orucunuz səhihdir. Oruc tutmaqla bağlı daha ətraflı buradan oxuyun: RAMAZAN ORUCU
 

Teqlər: 
Paylaş: