İnsan öz ruhuna salavat göndərə bilərmi?

    02.05.2014
Sual: 
Salam aleykum. Xahiş edirəm deyəsiz ki, insan diri ikən öz ruhuna salavat göndərə bilərmi? Təşəkkür edirəm.
Cavab: 

Aleykum salam. Salavat sözünün mənası xüsusi rəhmətdir. Salavat yalnız və yalnız Peyğəmbərə göndərilir. Görürsən ki, yas mərasimlərində "filankəsin ruhuna bir salavat" deyirlər, sonra da salavatı "Allahummə salli alə Muhəmmədin va alə əli Muhəmməd" deyərək Muhəmməd peyğəmbərə göndərirlər. Bu əməl batildir. Bu əməlin batilliyi elə mənasından görünür. Salavatı filankəsin ruhuna deyib Peyğəmbərə göndərirlər. Uca Allah Quranda buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua (salavat) verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl Əhzab, 56). 
Həmçinin, bəzi insanlar salavat deyəndə əllərini üzlərinə çəkirlər. Bu əməlin dinimizdə heç bir əsası yoxdur. Bunların hamısı dinə sonradan gətirilən bidətlərdir (yenilikdir).   
 

Teqlər: 
Paylaş: