Rəcəb və Şaban aylarında nə etmək və Ramazana necə hazırlaşmaq lazımdır?
Sual:
Salam aleykum. Onceden teşekkur edirem. Receb ve Şaban aylarinda ne etmek lazimdir. Ramazan ayina nece hazirlaşmaq gerekir?
Cavab:
Aleykum salam. Çoxlu dualar etmək lazımdır ki, Allah Təala bizi Ramazan ayına çatdırsın. Bundan əlavə həftənin 1-ci və 4-cü günləri oruc tutmaq və gecə namazlarına qalxmaq yaxşıdır. Ən əsası isə Quranı çox oxumaq lazımdır ki, Ramazan ayında davamiyyətli şəkildə oxuya bilək. Bəzi insanlar Rəcəb ayında xüsusi ibadətlər edir, xüsusi namazlar qılır, oruclar tutur. Bunların hamısı bidət əməllərdir və bunların dində heç bir əsası yoxdur. Şaban ayında isə Ramazana hazırlıq üçün orucları çoxaltmaq yaxşıdır.