Mənə pislik etmiş insanı necə unudum?
Əssələmu aleykum. Siz heç bir zülmün cəzasız qalmayacağını xatırlayaraq zalımları Allaha həvalə edin. Zülmə məruz qalanlar Qiyamət günü onlara zülm edənlərdən öz haqlarını alacaqlar. Belə ki, Qiyamət günü zalım insan zülm etdiyi insana öz savabından verməyə məcbur olacaq. Savabı olmazsa, zülm etdiyi insanın günahları onun boynuna yüklənəcək. Uca Allah buyurur: "Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır." (İbrahim, 42).
Həmçinin, mükafatını Allahdan istəyərək həmin insanı bağışlaya da bilərsiniz. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Rəhm edənlərə ər-Rəhman olan Allah rəhm edər. Yerdəkilərə rəhm edin ki, göydə olan (Allah) da sizə rəhm etsin!” (Əbu Davud, 4943). Düzdür, pislik edən insanı bağışlamaq çətindir, lakin bunu bacaranın mükafatı çox böyükdür. Uca Allah buyurur: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.". (əş-Şura, 40). Həmçinin oxuyun: