Spirtli içkilər olan məclisdə iştirak etmək haqqında
Sual:
Salam aleykum ve rahmetullahi ve beraketuhu qardaş. Demeli qardaş menim bildiyime gore toy meclisinde ve ichki meclisinde ichmesen de oturmaq gunahdir. Allah rizasi uchun cavablandirardiniz ki, neye gore gunahdir? Sebebi nedir? Hem ichki meclisinde hem de toy meclisinde? Bir de qardaş toy meclisinde musiqi ve oynamaq var iken stolda ichki olmasa bele oturma ne derecede duzgundur?
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Spritli içkilər və musiqi olan məclislərdə oturmaq dinimizə görə günahdır. Rəsulallah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allaha və axirət gününə iman gətirən kəs içki içilən süfrə başında oturmasın". (İmam Əhməd 1/20; əl-Beyhəqi, 7/366).