Cənnət padşahların məskənidir!

    01.05.2014

Əbu Səid demişdir: “Uca Allah Cənnəti bir kərpic qızıldan, bir kərpic gümüşdən yaratdı, orada bitkilər saldı və ona buyurdu: “Danış!” Cənnət dedi: “Möminlər, həqiqətən də, nicat tapmışlar” (əl-Muminun, 1). Mələklər də ora daxil olub dedilər: “Xoş olsun sənin halına, ey padşahların məskəni!”  

Cənnət padşahların məskənidir. Çünki Cənnətdə ən aşağı mərtəbədə olan dünyadakı ən varlı padşahdan daha gözəl həyat sürəcək və daha böyük nemətlər görəcəkdir. Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Hər hansı birinizin Cənnətdəki ən aşağı məqamı ona: “İstədiyini arzu et!” – deyilməsidir. O da istədiyi qədər arzulayacaq. Sonra ona: “Arzuladıqların bitdimi?”– deyiləcək. O: “Bəli!”– deyə cavab verdikdə ona: “Arzuladıqların və bir o qədəri də sənindir” - deyiləcək”. (Muslim, 268).

Başqa rəva­yətdə bu əlavələr vardır: “…Allah o adama: “Bunları da istə!”- deyə xatırladacaq. İstədikləri qurtardıqdan son­ra Allah: “İstədik­lərinin hamısı və onların on misli də sənin­dir!”- deyəcək. Allah Elçisi buyurdu: “Sonra adam Cənnətdəki evinə girəcək və yanına iri gözlü hurilərdən olan iki zövcəsi daxil olub deyəcəklər: “Səni bizim üçün və bizi də sənin üçün dirildən Allaha həmd olsun!” Həmin adam deyəcək: “Mənə verilən nemət qədər heç bir kəsə verilməmişdir”. (Muslim, 311).

 
Paylaş: