Ölən insanı mütləq övladı qəbirə qoymalıdırmı?
Sual:
Salam mutleq valideyini qebre ovladmı ve ya yaxınlarımı qoymalıdır? Ayrı bir şexsın kiminse valideyinini qebre qoymagı dunaysını deyisen sexse tesiri nedir.
Cavab:
Va aleykum Salam. Ölən insanı istənilən şəxs qəbirə qoya bilər. Əgər ölən insan vəsiyyət etmişsə, bu halda vəsiyyət etdiyi şəxs onu qəbrə qoymalıdır. Əks halda, qohumluq baxımından ona daha yaxın olanların onu qəbrə qoyması daha yaxşıdır. Başqa bir şəxsin kiminsə ölmüş valideynini qəbrə qoymasının ölüyə heç bir təsiri yoxdur. Həmçinin oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olur?