Namaz qılana kənar şəxsin mane olması onun namazını batil edirmi?
Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, namaz qılana mane olmaq böyük günahdır. Uca Allah bu xüsusda buyurur: "Gördünmü o kəsi ki, mane olur – bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o mane olan haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür?! Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq – yalançı, günahkar kəkilindən" (əl-Ələq, 9-16).
Əgər namaz qılan şəxs namazın ərkanlarını və vaciblərini yerinə yetirərsə, habelə namazı batil edən əməlləri (qiblədən çönmək, danışmaq, səsli gülmək və s.) etməyə məcbur olmazsa, namazı doğru sayılır. Əgər namaz qılan kənar şəxsin təsiri ilə namazdan çıxmağa və ya namazı dyandırmağa məcbur olarsa, buna görə günah qazanmır. Həmçinin oxuyun: