Cənnət əhlinin vəsfi

    01.05.2014

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Cənnət əhli bədənləri və üzləri tüksüz, gözləri sürməli, otuz üç yaşında Cənnətə daxil olacaqlar". (ət-Tirmizi, 2545).
 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Cənnət əhli Cənnətə girdikdə) bir çarçı belə car çəkə­cəkdir: "Siz sağlam olub, heç vaxt xəstələnməyəcəksiniz. Siz yaşa­yıb, heç vaxt ölməyəcəksiniz. Siz gənc qalıb, heç vaxt qocalmaya­caqsı­nız. Siz nemət içində olub, heç vaxt kədərlənməyəcəksiniz!. Bu haq­da Uca Allah belə buyurur: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" (əl-Əraf, 43)". (Muslim, 7336).
 
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnətə girəcək ilk zümrədə olan kimsələrin siması on dörd gecəlik ay kimi (gözəl və parlaq) olacaq. Cənnətdə onlar nə tüpürəcək, nə xəstələnəcək, nə burunlarından selik ifraz edəcək, nə də təbii ehti­yac­larını rəf edəcəklər. İşlətdikləri qabları qızıldan, da­raq­la­rı isə həm qızıldan, həm də gümüşdən olacaq. Buxurdanlarında ud yan­dırılacaq. Onla­rın tərindən müşk qoxusu gələcək. Onlardan hər birinin iki zöv­cəsi olacaq. Bu qızlar elə gözəl və elə zərif olacaqlar ki, dərilərinin al­tın­dan ayaq sümüyünün iliyi görünəcək. Cənnət əhli arasında nə bir ix­ti­laf, nə də kin-küdurət olacaq. Özləri də canbir qəlb olacaqlar. Onlar səhər-ax­şam Allahın şəninə təriflər deyəcəklər". (əl-Buxari, 3245).
Buxur - yandırıldıqda ətir saçan qatran, ağac qabığı və s. deyilir. Buxurdan isə içində buxur yandırılan kiçik qabdır. Ud - vətəni Hindistan sayılan, yandırılanda xoş iy verən ağacdır. Təbii ki, Cənnət udu bizim bildiyimiz uddan fərqli olacaq.

Həmçinin o (salləllahu aleyhi və səlləm) demişdir: "Cənnətə girəcək ilk zümrədəkilərin simaları on dörd gecəlik ay kimi (parlaq) olacaqdır. İkinci zümrədəkilərin rəngi isə səmadakı parlaq ulduzun rəngindən daha gözəl olacaq. Onlardan hər kişinin hurilərdən olan iki zövcəsi olacaq. Hər bir zövcənin üzərində yetmiş libas olacaq. Onların baldırının iliyi ətlərindən, paltarları isə ağ şüşədə olan qırmızı şərab göründüyü kimi görünəcək". 
Paylaş: