Quranda qaşları almağın haram olması ilə əlaqəli ayə varmı?

    24.02.2022
Sual: 
salam. qaşları almaq gunahdı? quranda yazılıbmı?
Cavab: 

Va aleykum Salam. Qaşları almaq haramdır və bu əməl böyük günahlardan sayılır. Bu barədə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə bildirmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin". (əl-Buxari "Libas", 84; Muslim "Libas", 120). Quranda qaş almağın haram olması barədə ayə olmasa da Quran bizə Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) tabe olmağı buyurur. Uca Allah buyurur: "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7). Ətraflı oxuyun:

Paylaş: