Hicablı qadın mütləq qara geyinməlidir?

    04.05.2014
Sual: 
Salam aleykum. Men hicabliyam ve bilmek isterdim ki, hicabli sirf qara geyinmelidi ya nece? Bilirem qara geyimi namehremi ozumuze celb etmemek uchun geyinmeliyik. Amma bir neferden eshitdim ki, qara cehennem libasidir. Qarani bir tek meherrem ayinda imam Huseynin (aleyhi-s-sələm) yasini tutub geyinmelisen ve yaxud yaxinin rehmete gedende. İndi bu meseleni lap deqiq derinden bilmek isterdim. Birde ki, hicabli qadin makiyaj ede bilermi? Onceden teshekkurler. Allah razi olsun!
Cavab: 

Aleykum salam. Müsəlman qadının sırf qara rəngdə paltar geyinməsi vacib deyildir. Əsas şərt odur ki, geyindiyi libas dar, şəffaf, cəlbedici olmasın. Həmçinin, qara rəngi hansısa ayla, cəhənnəm libası ilə və ya hansısa mübarək insanın yas mərasimi ilə, yaxud da hansısa vəfat edən insanın ölümü ilə əlaqələndirmək olmaz. Həmçinin, hicablı qadın məhrəmlərin yanında makiyaj edə bilər. 

Paylaş: