Həftənin hansı günləri oruc tutmaq bəyənilir?

    24.02.2022
Kimdən: 
ay
Sual: 
salam. heftenin hansi gunleri gundelik oruc tutmaq olar?
Cavab: 

Va aleykum Salam. Hər həftənin birinci və dördüncü günləri oruc tutmaq müstəhəbdir. Usamə ibn Zeyd (Allah ondan razı olsun) deyir ki, Allah Elçisi həftənin birinci və dördüncü günləri oruc tutardı. Ondan bunun səbəbi haqqında soruşanda belə demişdir: "Həqiqətən bəndələrin əməlləri birinci və dördüncü günlər Allaha ərz olunur" (Əbu Davud, 2419). Lakin əgər bu günlər bayram günlərinə (Ramazan və Qurban) təsadüf edərsə, bu günlərdə oruc tutmaq olmaz. Həmçinin oxuyun: Oruc

Teqlər: 
Paylaş: