Duada istisna etmək nə deməkdir?

    24.02.2022
Kimdən: 
Zaqatala əxi
Sual: 
Duada istisna etmək nədir
Cavab: 

Əssələmu aleykum. Duada istisna etmək dedikdə, dua edərkən istəyini qəti şəkildə demədən Allahın istəyinə buraxmaq, dua əsnasında və ya sonunda "İn şəə Allah" (Əgər Allah istəsə) demək nəzərdə tutulur. Bu əməl duada edilən səhvlərdəndir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda demişdir: "Sizlərdən biri dua edərkən: "Allahım istəsən məni bağışla, istəsən mənə rəhm et, istəsən mənə ruzi ver!"- deməsin. Dua edərkən istəyini qətiyyətlə istəsin. Həqiqətən Allah istədiyini edəndir və heç kəs onu məcbur edə bilməz". (əl-Buxari, 7477; Muslim, 2679). Həmçinin oxuyun: Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?

Teqlər: 
Paylaş: