İçki içən şəxs müsəlman sayılırmı?
Va aleykum Salam. Sərxoşedici içki içmək böyük günahlardan sayılır. Lakin bu əməl insanı dindən çıxrmır. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında Abdullah adlı bir kişi var idi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) içki içdiyinə görə onun şallaqlamasını əmr etmişdir. Bir gün onu yenə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gətirdilər və onun şallaqlanmasını əmr etdi. Ətrafdakılardan bir nəfər dedi: "Allahım ona lənət et. Onu məhkəməyə nə çox gətirirlər!" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onu lənətləməyin. Allaha and olsun ki, mən onun Allahı və rəsulunu sevdiyini bilirəm". (əl-Buxari, 6780). İçki içən insanı bu əməlindən gözəl şəkildə çəkindirmək lazımdır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına bir nəfər sərxoş kişi gətirdilər və onu cəzalandırmasını əmr etdi. Bəziləri onu əl ilə, bəziləri ayaqqabı ilə, bəziləri isə paltarı ilə onu vururdu. O gedəndən sonra bir nəfər dedi: "Buna bax, Allah zəlil etsin!" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Qardaşınızın əleyhinə şeytana dəstək olmayın" (Buxari, 6781. Əbu Davud, 4453). Hədisdən gördüyümüz kimi Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) içki içən kişini "qardaşınız" adlandırmışdır. Həmçinin oxuyun: