Ərin keçmiş həyat yoldaşını xatırlaması günahdırmı?

    24.02.2022
Sual: 
As salamu aleykum va rahmatullahi va barakatuhu.Ərin keçmiş həyat yoldaşını xatırlaması və ya yadına salması düzgündürmü?çox xahiş edirəm cavab yazarsız Biiznilləh
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Kişinin öz keçmiş həyat yoldaşını xatırlamasında təfsilat var. Əgər söhbət vəfat etmiş zövcədən gedirsə, bu halda kişinin onu xatırlamasında bir qəbahət yoxdur və bu təbii bir hisdir. Əgər söhbət boşanmış zövcədən gedirsə, bu halda əgər kişidən asılı olmayaraq yada düşərsə, bunda bir qəbahət yoxdur. Əgər kişi özü keçmiş yoldaşını yadına salıb şəhvani xəyallar qurursa, bu günahdır. Həmçinin oxuyun: İnsanın intim düşüncələrə dalması günahdırmı?

Teqlər: 
Paylaş: